Pleyeri seçin:

Tanınmış modelyerin atasının qatilləri hakim qarşısında | Məhkəmədə nələr yaşandı?

13 fevral 2025 576 baxış

Tanınmış modelyer Elnarə Bəkirovanın atası, iş adamı Kamran Bəkirovu qətlə yetirməkdə təqsirləndirilənlər – Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı hər iki şəxsin təqsirinin sübuta yetirilməsini əsas gətirərək onların hər birinin 20 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Hakim heyəti müşavirədən qayıtdıqdan sonra təqsirləndirilənlərə son söz verilib. Mustafa Zeynalov qətlə yetirilən Kamran Bəkirovun ailəsindən üzr istəyərək təqsirkar olduğunu bildirib. Bununla yanaşı, o, məhkəmə heyətinə “mənə elə cəza verin ki, həbsxanada ölməyim” sözlərini deyib.

Bundan sonra hökm elan edilərək Mustafa Zeynalov və Namiq Əliyev hər biri 19 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin aprelin 6-da Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhic bağları” yaşayış massivində baş verib. 70 yaşlı iş adamı Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 71 yaşlı Mustafa Zeynalov və 40 yaşlı Namiq Əliyev saxlanılıblar.

İstintaqla onların külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onu da qeyd edək ki, təqsirləndirilən Mustafa Zeynalov əvvəllər polis orqanlarında çalışıb.

Banner
Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Hadisə
14 noyabr 2026 576 baxış
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Hadisə
14 noyabr 2026 576 baxış
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Hadisə
14 noyabr 2026 576 baxış
Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Hadisə
14 noyabr 2026 576 baxış
Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Hadisə
13 noyabr 2026 576 baxış
Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Hadisə
13 noyabr 2026 576 baxış
"Qardaşı gəlib kafenin içərisində bıçaqlayıb getdi" | Tovuzda baş verən hadisənin təfərrüatı

"Qardaşı gəlib kafenin içərisində bıçaqlayıb getdi" | Tovuzda baş verən hadisənin təfərrüatı

Hadisə
13 noyabr 2026 576 baxış
Tələbələrin fotolarını montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Tələbələrin fotolarını montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Hadisə
13 noyabr 2026 576 baxış
Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV CANLI

Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV CANLI

Hadisə
13 noyabr 2026 576 baxış
Tələbələri şantaj edən şəxs saxlanıldı | DİN-dən sosial şəbəkə istifadəçilərinə çağırış - Baku TV

Tələbələri şantaj edən şəxs saxlanıldı | DİN-dən sosial şəbəkə istifadəçilərinə çağırış - Baku TV

Hadisə
13 noyabr 2026 576 baxış
Seçilmişlər
icon