Pleyeri seçin:
Tanışların davası qanla bitdi | Qonşular danışmağa çəkinsələr də, bildirdilər ki...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.
Hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. 38 yaşlı Ramil Hüseynov əvvəlcə 29 yaşlı Fariz Məmmədovla mübahisə edib, daha sonra ona bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, pasiyentə tibbi yardım göstərildikdən sonra vəziyyəti stabil olaraq qiymətləndirilib, ambulator müalicəyə buraxılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Ramil Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
