Təhlükə yaradan sürücü aləmi bir birinə qatdı | Polis hərəkətə keçdi
Qaradağ rayonu, Lökbatan-Qobu yolunda hərəkətdə olan avtomobillərdən biri əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaradıb.
Məsələ Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırılıb.
İdarədən verilən məlumata görə, araşdırma nəticəsində yolda özü, sərnişinləri və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan sürücünün Emil Cəfərli olduğu müəyyən edilib. O, Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qeyd edək ki, BDYPİ bütün sürücülərə müraciət edərək onları yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməyə çağırıb.
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
- Kağız və gigiyenik məhsulların yerli istehsalı artır - Baku TV
- Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR
- Kənar Dairəvi yolda hərəkəti çətinləşdirən qəza - Baku TV CANLI
- Bu yoldan keçənlər diqqətli olsun | Bakıda qorxulu qəza - Baku TV
