Pleyeri seçin:

Təqsirləndirilən idmançıların məhkəməsində şahidlər ifadə verdi

29 iyun 2024 608 baxış

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov və Tofiq Musayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elgün Tağızadə ifadə verib. O bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində işləyib və “Rizin” Döyüş Federasiyasının keçirdiyi tədbirin təşkilatçısı olub.

Elgün Tağızadə ilə yanaşı, bir neçə şahid ifadə verərək hadisənin birbaşa şahidi olmadıqlarını deyiblər. Onların bildirdiyinə görə, zərərçəkən Həsən Əzizovun idmançı yoldaşları ilə mübahisə etdiyini eşitsələr də, onun üzərində hər hansı xəsarət görməyiblər. Təqsirləndirilən Ruslan Əfəndiyev deyib ki, bu işin böyüməsində üçüncü şəxsin rolu olub.

Şahid Şəhriyar Abbasovun sözlərinə görə, Həsən Əzizov onunla söhbətində şikayət etməsinin səbəbkarının Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti, dünya çempionu Azad Əsgərovun olduğunu etiraf edib. O bildirib ki, bu məsələ barışıq yolu ilə həll olunmalı imiş. Azad Əsgərov Həsəni şikayət etməyə təhrik edib. Bunun da səbəbi nəzərdə tutulan tədbirin keçirilməsinə maneçilik törətmək olub.

Şahidin zərərçəkmişə istinadən dedikləri prokurorda yeni suallar yaradıb. Prokuror iddiaya aydınlıq gətirilməsi üçün Azad Əsgərovun mütləq məhkəmədə dindirilməli olduğunu bildirib. Təqsirləndirilən şəxslər və müdafəçiləri isə ittiham tərəfinin vəsatəti ilə razılaşmayıblar. Təqsirləndirilənlərin vəkilləri prokurorun vəsatətinə etiraz ediblər. Vəkillər deyib ki, zərurət olsaydı, bu məsələ ilkin istintaq zamanı araşdırılardı. İndiki halda isə vəsatətin təmin edilməsi işin uzanmasına səbəb olacaq. Qısa fasilədən sonra prokuror fikrini dəyişərək vəsatətdən imtina etdiyini elan edib.

Daha sonra Həsən Əzizovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Onun ifadəsindən məlum olur ki, zərərçəkənlə Ruslan Əfəndiyev və tələbləri arasında mübahisə yaranıb. Həsən Əzizov özü etiraf edib ki, onların mübahisəsi 20 saniyə ərzində olub. İddia edib ki, onu yumruq və təpiklə vurublar. Bundan sonra cinayət işində olan sənədlər açıqlanıb. Cinayət işində olan ekspert rəylərindən məlum olur ki, Həsən Əzizovun bədən nahiyələrində hər hansı xəsarət olmayıb.

İttiham nitqi ilə çıxış etmək üçün dövlət ittihamçısına söz verilsə də, o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti proses iyulun 1-də davam edəcək.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 608 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 608 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 608 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 608 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 608 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 608 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 608 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 608 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 608 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 608 baxış
Seçilmişlər
icon