Pleyeri seçin:

Qrapplinq üzrə ilk dünya çempionumuz Fərhad Bağırov BAKU TV-yə danışdı

01 dekabr 2024 572 baxış

“Biz illərdir Dünya Güləş Birliyinin keçirdiyi yarışda iştirak edirik. Amma kişilər arasında nəticə əldə edə bilməmişdik. Üçüncülüyümüz var idi, çempionluğumuz isə yox idi. Mən də çempion olmaq ümidləri ilə getmişdim. Şükür Allaha ki, qismət oldu”.

Bunu Baku TV-yə müsahibəsində Qazaxıstanın Astana şəhərində keçirilən qrapplinq üzrə dünya çempionatında qızıl medal qazanan idmançımız Fərhad Bağırov deyib.

Böyüklərdə ilk qızıl medalı qazanan dünya çempionumuz erməni idmançı ilə görüşün çox gərgin keçdiyini söyləyib:

“Birinci görüşdə erməni qrapplinqçi ilə qarşılaşdım. Erməni idmançı titullu idi. Döyüş çox gərgin keçdi. Baş hakimlər onlara üstünlük verirdilər. Bu hallarla artıq bir neçə dəfə qarşılaşmışam. Erməni idmançı cığallıqlar etsə də, qələbə qazana bildim. Dörd görüşdən ikisində xalla, ikisində də vaxtından əvvəl boğucu fənd tətbiq edərək qalib gəldim. Təbii ki, final görüşü də məni incitdi. Xoşbəxtlikdən son döyüşdə də qalibiyyət əldə etdim”.

Çox idman növü ilə məşğul olduğunu deyən F.Bağırov son 4 ildə yarışlara məşqçisiz hazırlaşdığını qeyd edib.

“Ən böyük nailiyyətlərim elə son 4 ildə olub. Qrapplinqə marağım davamedici olduğuna görədir. Başqa idman növlərində rəqibini yıxırsansa, bitir, bizdə isə belə deyil. Yıxanda döyüş hələ təzə başlayır”, – deyə o əlavə edib.

Banner
“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

İdman
05 noyabr 2026 572 baxış
Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

İdman
04 noyabr 2026 572 baxış
Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

İdman
04 noyabr 2026 572 baxış
"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

İdman
04 noyabr 2026 572 baxış
"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

İdman
04 noyabr 2026 572 baxış
“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

İdman
03 noyabr 2026 572 baxış
"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

İdman
03 noyabr 2026 572 baxış
Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

İdman
02 noyabr 2026 572 baxış
Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

İdman
02 noyabr 2026 572 baxış
Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

İdman
01 noyabr 2026 572 baxış
Seçilmişlər
icon