Pleyeri seçin:
Tərtər sakini minaya düşdü | Baş Prokurorluqdan açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər rayonunda bir nəfər mina partlayışı nəticəsində xəsarət alıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, fevralın 4-də saat 17:00 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Kopyalandı
#Qızıloba kəndi teqi istifadə olunub
