Pleyeri seçin:

Toya hazırlaşdığı sevgilisini dostu ilə evdə tutdu - SONUNCU ŞAHİD

11 aprel 2025 832 baxış

Oğlan dostu ilə ona xəyanət edən sevgilisini qətlə yetirdi.

Akif (şərti ad) hər zaman olduğu kimi, bu gün də sevgilisi Validəni (şərti ad) işə ötürürdü. Validə onun dostu, güvəndiyi Həmidin (şərti ad) yanında işləyirdi. Amma Akif bilmirdi ki, dostu Həmid Validənin sevgilisidir.

Akif Validəni dostuna etibar etdikdən sonra birbaşa iş yerinə yollanır. İcarəyə götürdüyü telefon dükanında onların təmiri və satışı ilə məşğul olaraq həmişəki kimi pul qazanmağa çalışır.

Həmin gün işdən tez çıxan Validə ilə Həmid sağollaşır, Akif isə kafenin çölündə Validəni gözləyir. Onlar şəhər mərkəzinə yollanırlar. Akif qəflətən Validənin əlindən tutaraq onu nikah mərasimlərinin keçirildiyi Səadət Sarayına gətirir, artıq məsələni rəsmiləşdirmək istədiyini deyir. Validə vəziyyəti ötüşdürür, bir az vaxt istədiyini söyləyir.

Günün sonunda Akif, Validə və Həmid kafelərin birində nahar edirlər. Akif telefonuna gələn zəngə cavab vermək üçün onlardan uzaqlaşır. Validə Akifin otaqda olmamasından istifadə edərək Həmidə belə deyir:

“Ya biz münasibətimizi sonlandırmalıyıq, ya da o, hər şeyi biləcək. Çünki bu gün mənə münasibətimizi rəsmiləşdirməyi təklif etdi”.

Beləliklə, növbəti gün Həmid təkid edir ki, Validə birbaşa Akifə zəng edib ondan ayrılmaq istədiyini desin. Validə belə də edir.

Akif parkda onu gözləyir. Bir az sonra Validə soyuq baxışlarla ona yaxınlaşır, “biz ayrılmalıyıq, daha səni sevmirəm” deyərək oradan uzaqlaşır. Akifin beyninə ağlasığmaz fikirlər gəlir, Həmid və Validə ilə üzləşmək üçün sevgilisinin yaşadığı ünvana yollanır.

Akif barışmaq ümidi ilə Validənin mənzilinə gəlsə də, gördüyü mənzərə ürəyini açmır. Həmid və Validəni gördükdə dostuna hücum edərək ona zərbələr endirməyə başlayır. Validədən niyə belə etdiyini soruşanda “əcəb etdim” cavabını alır.

Bundan sonra cibindən çıxardığı bıçaqla ona zərbələr endirir. Validə hadisə yerində dünyasını dəyişir, Akif oradan qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa cəlb edilir. 

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 832 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 832 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 832 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 832 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 832 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 832 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 832 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 832 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 832 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 832 baxış
Seçilmişlər
icon