Pleyeri seçin:
Türkiyədə 1 gündə 2 faciə
Martın 30-na keçən gecə Türkiyənin Ərzincan şəhərinin Kızıldağ ərazisində sərnişin avtobusu aşıb. Nəticədə 2 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub. Bildirilib ki, nəqliyyat vasitəsi Ərzincan-Sivas marşrutu üzrə hərəkət edirdi. Avtobusun qəzaya uğramasının əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi güman edilir.
Qeyd edək ki, qarlı hava həmin gün ölkənin Yozqat şəhərinin Yerköy rayonunda da sərnişin avtobusunun aşmasına səbəb olub. Yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
