Xızıda atları oğurlayan dəstə üzvləri saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xızı rayonunun ərazisindəki örüş sahəsindən sakinlərə məxsus atların ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Daşqın Qəmbərov, R.Hüseynov və E.Aslanov saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslər oğurladıqları atları satdıqlarını, əldə etdikləri pulu isə öz aralarında böldüklərini etiraf ediblər. Həmin şəxslərin digər rayonlarda da analoji əməllər törətmələri istisna edilmir.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
#Xızı teqi istifadə olunub
- "Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV
- Sitalçay kəndində sakinlər təxliyə olunur | FHN-dən açıqlama - Baku TV
- Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinin binasında və ətraf ərazidə təmir işləri aparılacaq
- Qələbəyə aparan Zəfər yolunun 22-ci günü | Xızı rayonuna raket hücumu
- Bu rayonlar silkələndi | Seysmoloji Xidmət Mərkəzindən zəlzələ barədə təcili məlumat
