Xızıdakı partlayış zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xızı rayonunda partlayış olub. Baş Prokurorluqdan verilən məlumata görə, hadisə aprelin 15-i saat 15 radələrində rayonun Yaşma kəndi ərazisində baş verib.
Partlayışla bağlı məlumat daxil olduqdan sonra Prokurorluq və DİN-in əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə cəlb olunub. Zəruri istintaq hərəkətləri aparılıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa səbəb həmin ərazidə əlvan metal toplayan Sumqayıt şəhər sakinləri – 47 yaşlı Hüseynov Bəxtiyar Qoçəli oğlu, 44 yaşlı Quliyev Xankişi Yaqub oğlu və 17 yaşlı Əbilov Rəşad Xaliq oğlunun aşkar etdikləri mərmi başlığını dəmir parçası bilərək götürməsi olub.
Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov dünyasını dəyişib, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İbtidai istintaq davam etdirilir.
#Xızı teqi istifadə olunub
- "Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV
- Sitalçay kəndində sakinlər təxliyə olunur | FHN-dən açıqlama - Baku TV
- Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinin binasında və ətraf ərazidə təmir işləri aparılacaq
- Qələbəyə aparan Zəfər yolunun 22-ci günü | Xızı rayonuna raket hücumu
- Bu rayonlar silkələndi | Seysmoloji Xidmət Mərkəzindən zəlzələ barədə təcili məlumat
