Pleyeri seçin:

Xocalıda aşkarlanan insan qalıqlarının sayı səkkizə çatdı

25 aprel 2024 572 baxış

İşğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində aprel ayının 24-də insan qalıqları aşkar olunub.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.

Məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam edilib.

İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində – 1988-ci ildə salınmış “Məhəllə” adlanan ərazidə torpaq səthi üzərində insan qalıqları aşkar olunub.

Qeyd olunan ərazidə daha iki nəfərə aid sümük fraqmentləri tapılıb və bununla da aşkar olunan insan qalıqlarının ən azı səkkiz şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib.

"Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir", – məlumatda vurğulanıb.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 572 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 572 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 572 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 572 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 572 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 572 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 572 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 572 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 572 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 572 baxış
Seçilmişlər
icon