Xocalıda növbəti dəfə insan qalıqları tapıldı | Baş Prokurorluqdan təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqlar aşkar olunub.
Baş Prokurorluqdan verilən məlumata görə, qurum əməkdaşları hadisə yerinə ezam olunmaqla Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
#Xocalı şəhəri teqi istifadə olunub
- Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı olub - Baku TV
- Xocalı sakinlərinə evlərinin açarları təqdim edildi | Mərasimdən görüntülər
- Xocalıda təhsil müəssisələri ilə bağlı İlham Əliyevə məlumat verilib
- Ermənistan bunu etməsə, heç vaxt ayağa dura bilməyəcək | İlham Əliyev
- İlham Əliyevlə qardaşı şəhid olan Xocalı sakininin səmimi söhbəti
