Pleyeri seçin:
Xocavənddə sursat partladı, çoban öldü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd ərazisində sursat partlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Ağburun adlanan ərazidə baş verib. 51 yaşlı Elşən Hümbətov heyvan otaran zaman tapdığı sursatla ehtiyatsız davrandığından onun partlamasına səbəb olub. Nəticədə çoban hadisə yerində həyatını itirib.
Nazirliyin məlumatında qeyd olunub ki, Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra Elşən Hümbətovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Kopyalandı
#Xocavənd teqi istifadə olunub
- "Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV
- 40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI
- Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV
- Hadrutun düşmən işğalından azad olunmasından 6 il ötür - Baku TV
- Beynəlxalq səyahətçilərin Xocavənd səfərində hansı məqamlar diqqət çəkib? - Baku TV
