Yağan güclü leysan yollara, sahələrə ziyan vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 8-də yağan yağış Goranboyda fəsadlar törədib.
Çaylarda suyun səviyyəsi artıb, dağlardan gələn sel suları 10-a yaxın kəndin ərazisindən keçib. 37 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Sel suları Azad, Dəyirmanlar kəndləri ərazisində əkin yerlərinə, yeni səpilmiş yonca sahələrinə ziyan vurub. Rayonun Qazançı, Goranlı, Kürəkçay kəndləri ərazisindən axıb keçən sel suları kəndarası yollarda çətinlik yaradıb.
Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası selin fəsad törətdiyi ərazilərdə monitorinqlər aparıb, lazımi texnikaları cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirib.
Qeyd edək ki, güclü yağışdan sonra rayonun 37 yaşayış məntəqəsində enerji verilişində yaranan problem aradan qaldırılıb.
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
