Yasamalda yaşayış binasında yanğın baş verdi | Sakinlər təcili təxliyə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Həyata keçirilən operativ tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı 3 nəfər xilas olunub, 12-si uşaq olmaqla 36 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində binanın 10-cu mərtəbəsindən 15-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik kabelləri yanıb.
Mənzillər yanğından mühafizə olunub.
#Yanğın teqi istifadə olunub
- Bakıda yaşayış binasında dəhşətə gətirən yanğın baş verdi - Baku TV CANLI
- Bakıda yaşayış binasında qorxulu anlar yaşandı | Hadisə yerindən görüntülər - Baku TV
- Qaradağda anbarı alov bürüdü | FHN qüvvələri hadisəyə müdaxilə etdi - Baku TV CANLI
- Qaydaları pozan gəmilər cəzalandırılır
- Qusarda ev yandı | 83 yaşlı qadın dünyasını dəyişdi - Baku TV
