Pleyeri seçin:
Yaxşı ki, uşaqlara heç nə olmadı | Yağışdan sonrakı güclü külək sakinlərə qorxu yaşatdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə son günlərin dəyişkən və kəskin hava şəraiti nəticəsində şəhərin müxtəlif ərazilərində ciddi fəsadlar qeydə alınıb.
Güclü külək şəhərin müxtəlif ünvanlarında 15-ə yaxın ağacı aşırıb. İrigövdəli ağaclardan biri şəhərin 14 saylı uşaq bağçası - körpələr evinin həyətinə düşüb. Nəticədə bağçanın dəmir hasarı yararsız hala düşüb.
Şəhərin Yaşar Muradov küçəsində kökündən qopan tut ağacı sakinlərdən birinə məxsus avtomobil qarajının üzərinə aşıb.
Həmçinin şəhərin 11 saylı orta məktəbinin həyətində irigövdəli ağac aşaraq gediş-gəlişi çətinləşdirib. Aşan ağac məktəbin hasarının bir hissəsini də uçurub.
Kopyalandı
#Mingəçevir teqi istifadə olunub
- Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
