Yırtıcılar bu kəndlərdə hamını qorxuya salıb
Cənub bölgəsində vəhşi heyvanların yaşayış məntəqələrinə mütəmadi hücumları sakinləri çıxılmaz vəziyyətdə qoyub. Baku TV-nin "Hadisə" xəbərlərinin verdiyi məlumata görə, Lənkəran və Masallı rayonlarının bir neçə kəndində canavarlar və çaqqallar əhalini dəhşətə gətirib. Yırtıcılar artıq təkcə mal-qaraya deyil, həm də insanlara hücum etməyə başlayıblar ki, bu da bölgədə ciddi təhlükəsizlik böhranı yaradıb.
Məlumata əsasən, hadisələr əsasən Lənkəranın Zövlə, Osaküçə və Masallının Mollon, Mahmudavar kəndlərində qeydə alınıb. Canavarlar kəndlərə daxil olaraq onlarla xırda və iribuynuzlu heyvanı, həmçinin atları parçalayıblar. Videoda sakinlərin özlərini qorumaq üçün əllərində balta, yaba və dəryazla küçələrə çıxdığı, uşaqların məktəbə getməkdən qorxduğu acınacaqlı mənzərə əks olunub. Lənkəranın Osaküçə kəndində isə çaqqalların bir ailənin 4 üzvünə, o cümədən 1 yaşlı uşağa hücum edərək xəsarət yetirdiyi barədə qandonduran detallar yer alır. Reportajda sakinlərin aidiyyəti qurumlardan yırtıcıların uzaqlaşdırılması və ovlanması üçün kömək istədikləri vurğulanır.
#Lənkəran teqi istifadə olunub
- Lənkəranda dəhşətə gətirən əməl | Yeniyetmə kimlərə görə xəstəxanalıq oldu? - Baku TV CANLI
- Lənkəranda faciəvi qəza | Mikroavtobus yük avtomobili ilə toqquşdu - Baku TV
- "Külli miqdarda pul var idi, amma..." | Britaniyalı bloger Lənkəranda nəyə heyrətləndi? - Baku TV
- Lənkəranda altı gün öncə itkin düşən gənc və yeniyetmə qızın meyiti tapıldı - Baku TV
- "Şəhərdəkiləri yığırlar, burada yandırırlar, qiyamətdir!" | Dəhşətə gətirən mənzərə - Baku TV
