"Yıxılıb suya, o da arxasınca" | Kanalda batan qızı xilas etmək istəyən atanın faciəvi sonu
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdənin Nazırlı kəndində bədbəxt hadisə baş verib.
68 yaşlı Yasin Kərimov özünü kanala atan qızını xilas etmək istəyərkən faciəvi şəkildə ölüb.
“Qardaşımın qızı ruhi xəstədir. Evdən çıxıb, atası da onu geri qaytarmağa gedib. Övladı özünü suya atanda, qardaşım da onun arxasınca atılıb və boğularaq ölüb”, – mərhumun qardaşı Bəhmən Kərimov hadisə ilə bağlı danışarkən deyib.
Hadisə şahidi Şahin Quliyev Yasin Kərimovun meyitinin kanalda ilişib qaldığını bildirib: “Çağırdılar ki, burada meyit var. Gələndə gördüm ki, kola ilişib qalıb. Sonra dedilər ki, qadın da suyun axını ilə gedir”.
Qeyd edək ki, illərdir ruhi xəstəlikdən əziyyət çəkən 44 yaşlı Sərəncam Kərimova kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib. Faktla bağlı araşdırma aparılır.
#Bərdə teqi istifadə olunub
- Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI
- Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV
- “Çox acınacaqlı vəziyyətdəyik” | Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir - Baku TV
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bərdədə dəhşətli faciə | Açıq naqildəki elektrik cərəyanı can aldı - Baku TV
