Pleyeri seçin:
Yük avtomobili qaz xəttini qıraraq 3 min sakini qazsız qoydu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb”.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağı təzyiqli qaz xətləri yararsız hala düşüb, 3 000 abonentin qaz təchizatında fasilə yaranıb.
Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Kopyalandı
#Azəriqaz teqi istifadə olunub
- Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV
- “Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV
- Aprel ayından aparılan təmir işləri niyə yekunlaşmır?
- Asfaltı qazıb getdilər, sakinlər əziyyət çəkir | Aylardır qazılan yol niyə bərpa olunmur? - Baku TV
- “Azəriqaz” rəhbərinin növbəti qəbulu Qax rayonunda təşkil olunub - Baku TV
