Zaqatalada xurma qurutma müəssisəsi yandı
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayonunun Muxax kəndində yerləşən xurma istehsalı sexində yanğın hadisəsi baş verib.
Kənd sakini Vidadi Yusifova məxsus xurma istehsalı sexində yanğınla bağlı məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində sexin yanar konstruksiyaları, istehsal sahəsində olan xurmanın bir hissəsi, eləcə də daşınma məqsədilə istifadə olunan odun və plastik tara materiallarının xeyli qismi yanıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
#Zaqatala teqi istifadə olunub
- Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV
- Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI
- “Kilosunda heç 20 qəpik xeyir qalmır” | Zaqatalalı fermerlər çıxılmaz durumda - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT
