Pleyeri seçin:
Zarafat etdiyi dostunu tir tüfəngi ilə qətlə yetirdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə 41 yaşlı kişi qətlə yetirilib.
Hadisə şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.
Şəhər sakini Aqil Əhmədov tir tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını itirdiyi məlum olub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, fevralın 10-u saat 22 radələrində Mingəçevir şəhər sakini, 41 yaşlı Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Hadisəni törədən Sadiq Yusifov saxlanılıb.
Həmçinin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev hadisənin dostlar arasında ehtiyatsızlıqdan baş verdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
