Pleyeri seçin:

“Arsenal” çempionluq yolunda vacib qələbə qazanıb

02 mart 2023 474 baxış

İngiltərə çempionatının lideri “Arsenal” 7-ci turdan təxirə salınan qarşılaşmada “Everton”u qəbul edib.

“Emireyts”dəki matçın ilk hissəsi Saka və Martinellinin qolları sayəsində topçuların 2-0 hesablı üstünlüyü ilə yekunlaşıb. 2-ci yarıda da hücumlarını davam etdirən London təmsilçisi daha 2 dəfə rəqibin qapısına yol tapıb. 71-ci dəqiqədə Ödeqor, 9 dəqiqə sonra isə Martinelli mersisaydlıları məyus edib. 4-0 hesablı qələbə qazanan “Arsenal” xallarının sayını 60-a çatdırıb və ilk pillədəki mövqeyini qoruyur. Son 4 oyunda 3-cü dəfə uduzan “Everton” isə 21 xalla 18-cidir.

“Liverpul” 7-ci turdan təxirə salınan matçda “Vulverhempton”u 2-0 hesabı ilə məğlub edib. İlk hissəsi qolsuz başa çatan görüşdə mersisaydlılar fasilədən sonra 2 qol vurublar. 73-cü dəqiqədə van Deyk, bir qədər sonra isə Salah “qırmızılar”ı sevindirib. Bu nəticədən sonra 39 xalı olan “Liverpul” 6-cı, 24 xalı olan “Vulverhempton” isə 15-ci yerdədir.

Liqa kubokunda qalib gələn “Mançester Yunayted” ölkə kuboku uğrunda da mübarizəni davam etdirir. 1/8 finalda “Vest Hem”i qəbul edən “qırmızı şeytanlar” 54-cü dəqiqədə hesabda geriyə düşsələr də, dönüş edə biliblər. Əvvəlcə Aqerdin avtoqolundan sonra tarazlıq bərpa olunub: 1-1. Əsas vaxta artırılan dəqiqələrdə isə Qarnaço və Fred fərqlənib. Beləliklə, 3-1 hesablı qələbə qazanan mankunianlar 1/4 finalda “Fulhem”ə rəqib olub. 

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 474 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 474 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 474 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 474 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 474 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 474 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 474 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 474 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 474 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 474 baxış
Seçilmişlər
icon