Atıcılıq üzrə dünya çempionatında növbəti qaliblər müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təşkil olunan atıcılıq üzrə dünya çempionatında qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qalib müəyyənləşib.
Final mərhələsində Çin təmsilçilsi Tszan Ransin qızıl, onun həmyerlisi Lü Sue isə bürünc medalın sahibi olub. Yunanıstanlı Anna Korakaki isə gümüş mükafata yiyələnib.
Qadınların komanda yarışları da Çin nümayəndələri üçün uğurlu alınıb. Bu ölkənin atıcıları Macarıstan və İran idmançılarını qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Xatırladaq ki, daha əvvəl kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada Çin təmsilçisi Çjan Boven qızıl medal qazanıb. Eyni növdə komanda yarışlarında da ən yaxşı nəticəni Çin idmançıları göstəriblər.
Əlavə edək ki, avqustun 14-də start götürən atıcılıq üzrə 53-cü dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya imkanı verir. Sentyabrın 1-dək davam edəcək yarışda 1239 idmançı mübarizə aparır.
#Atıcılıq idmanı teqi istifadə olunub
- ISSF rəsmisi atıcılıq üzrə dünya çempionatının təşkilini yüksək qiymətləndirib
- Atıcılıq üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- Atıcılıq üzrə dünya çempionatında Ukrayna və Qazaxıstan üçün uğurlu gün
- Atıcılıq üzrə dünya çempionu Nigar Nəsirova qələbəsindən sonra fikirlərini bölüşüb
- Çin idmançısı atıcılıq üzrə dünya çempionatında rekord qırdı
