Pleyeri seçin:
Çempionlar Liqasında 3-cü yeri tutan "Zirə" kollektivi ilə görüş olub
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Çempionlar Liqasında bürünc medal qazanan “Zirə” komandasını qəbul edib.
Futbolçuları təbrik edən Federasiya rəhbəri növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb. Tədbirin sonunda komanda üzvləri ilə xatirə şəkili çəkdirilib.
Xatırladaq ki, minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində baş tutan Çempionlar Liqasında 3-cü yeri tutub. Komandamız bürünc medallar uğrunda görüşdə yarışın ötənilki qalibi AEK kollektivi ilə üz-üzə gəlib. Maraqlı mübarizə şəraitində keçən oyun “Zirə” futbolçularının 5-1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Bununla da komandamız Çempionlar Liqasını 3-cü pillədə tamamlayıb.
Kopyalandı
#Azərbaycan Minifutbol Federasiyası teqi istifadə olunub
- Orxan Məmmədov WMF prezidenti ilə minifubol barədə nələri müzakirə etdi? - Baku TV
- Prezident İlham Əliyev Minifutbol Federasiyası barədə mühüm sərəncam imzaladı
- Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib
- Minifutbol komandamızdan finalda möhtəşəm qələbə
- Ulu Öndər Heydər Əliyevin xatirəsinə minifutbol
