Pleyeri seçin:
Prezident İlham Əliyev Minifutbol Federasiyası barədə mühüm sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə dünya çempionu olması ilə əlaqədar 2025-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılır.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda - Baku TV CANLI
- Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV
- “Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV
- İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV
- Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV
