Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub.
Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam və xanımı No Fon Li Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Azərbaycanın və Vyetnamın Dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri isə Prezident To Lama təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Sonra rəsmi foto çəkdirilib.
#İlham Əliyev teqi istifadə olunub
- Türkiyə və Azərbaycan regional enerji xəritəsində təsirlərini artırmağa hazırlaşır - Baku TV
- İlham Əliyev sosial-iqtisadi sahədəki müsbət dinamikadan danışdı - Baku TV
- Prezidentdən enerji sahəsindəki əməkdaşlığın əhəmiyyəti ilə bağlı açıqlama - Baku TV
- İlham Əliyevin Vyetnama səfəri "HaberGlobal"da - Baku TV
- Azərbaycan və Vyetnam arasında hansı məsələlər müzakirə edildi? - Baku TV
