Azərbaycan və Vyetnam arasında imzalanan sənədlər mübadilə olundu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev və Vyetnam Prezidenti To Lam noyabrın 21-də Hanoyda "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər.
Sonra Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Vyetnam Prezidenti To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.
"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə ediblər.
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Vyetnam Sosialist Respublikası Prezidenti Ofisinin rəhbərinin müavini Nguyen Hoanq Anh mübadilə ediblər.
"Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "ROX Group" arasında İcra Müqaviləsi"ni Azərbaycanın energetika naziri Pərviz Şahbazov və "ROX Group"un təsisçisi və sədri Tran Anh Tuan mübadilə ediblər.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü oldu | Nələr müzakirə edildi? - Baku TV
- Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV
- Türkiyə və Azərbaycan regional enerji xəritəsində təsirlərini artırmağa hazırlaşır - Baku TV
- İlham Əliyev sosial-iqtisadi sahədəki müsbət dinamikadan danışdı - Baku TV
- Prezidentdən enerji sahəsindəki əməkdaşlığın əhəmiyyəti ilə bağlı açıqlama - Baku TV
