Pleyeri seçin:

Eduard Məmmədov 11-ci dəfə Avropa Çempionatında qalib gəlib

08 noyabr 2024 731 baxış

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov növbəti dəfə tarixi uğura imza atıb.

Titullu idmançımız Yunanıstanda keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında 2 qızıl medal qazanıb.

“Master Class” kateqoriyasında 63 kq çəki dərəcəsində mübarizə aparan Eduard Məmmədov Afina şəhərində keçirilən yarışda 2 versiyada döyüşüb. “Light Contact” növündə italiyalı Marko De Franko və isveçli Ola Alvarssona qalib gələn kikboksçumuz 1-ci yeri tutub. “Kick Light”da isə italiyalı Kaloqero Simone, eləcə də isveçli Ola Alvarssonu məğlub edən Eduard Məmmədov ümumilikdə 11-ci dəfə Avropa çempionu olub.

Bu uğur münasibətilə Suraxanı rayon icra başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə, Federasiyanın prezidenti Orxan Əliyevə, eyni zamanda Federasiyanın vitse-prezidenti Ramal Aslanova təşəkkür edən Eduard Məmmədov qələbəsini Zəfər Günümüzə həsr etdiyini bildirib.

Gənclər və İdman Nazirliyinə də təşəkkür edən Eduard Məmmədov Zəfər Günündə bayrağımızı dünya arenasında ikinci dəfə dalğalandıraraq himnimizi səsləndirməyin onun üçün böyük şərəf və fəxr olduğunu qeyd edib.

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 731 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 731 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 731 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 731 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 731 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 731 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 731 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 731 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 731 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 731 baxış
Seçilmişlər
icon