Eduard Məmmədovun tələbələri Avropa çempionatında parlaq nəticəyə imza atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov və “ZV Fight Academy”nin məşqçisi Ayaz Mehdiyevin tələbələri kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında uğurla çıxış ediblər.
Onlar Türkiyənin İstanbul şəhərində keçirilən yarışda 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıblar.
İdmançılarımızdan 57 kq çəkidə yer alan Kənan Cəfərli "Low Kick" versiyasında qızıl medal qazanıb. Eyni versiyada 81 kq-da çıxış edən Ramal Həsənli də yarışda 1-ci yeri tutub.
“Full contact” növündə 48 kq-da mübarizə aparan Əli Əmirli turniri gümüş mükafatla tamamlayıb.
Daha 3 idmançımız – Rinat Qiyasov "Low Kick", Bilal Nuriyev “Full contact”, Tahir Abdullayev isə "Kick Light" versiyasında bürünc medalın sahibi olub.
Qeyd edək ki, Eduard Məmmədov və köməkçisi Ayaz Mehdiyev WAKO Kikboksinq təşkilatı tərəfindən yaxşı məşqçiliyə görə mükafatlandırılıb.
Əlavə edək ki, Azərbaycan Kikboksinq Federasiyasının idmançıları bu yarışda 16-sı qızıl, 16-sı gümüş və 31-i bürünc olmaqla ümumən 63 medal qazanaraq 7-ci yerə layiq görülüb.
#Eduard Məmmədov teqi istifadə olunub
- İlham Əliyevin Eduard Məmmədovla maraqlı söhbəti - Baku TV
- Eduard Məmmədov: "Azərbaycan kikboksinq tarixində görülməyən nəticələrə imza atdıq"
- Eduard Məmmədov Əbu-Dabidə keçirilən dünya çempionatında iki qızıl medal qazandı
- Kikboksinq üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşdi
- Eduard Məmmədovun tələbələri dünya kubokunda 2 qızıl medal qazanıblar
