Pleyeri seçin:

Futbol klubları transfer çalışmalarını davam etdirir

04 iyul 2025 558 baxış

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlamaqda davam edir.

Son transfer xəbərlərini təqdim edirik.

İnsayder Jerar Romero: hazırda Niko Uilyamsın “Barselona”ya transferi qeydiyyat məsələsi həll olunana qədər bağlanmayacaq. Bununla belə, hazırda klubda hər şey sakitdir.

İnsayder Fabritsio Romano: “Napoli” 29 yaşlı kamerunlu yarımmüdafiəçi Andre Zambo Angissa ilə müqaviləni bir il müddətinə uzatmaq variantını aktivləşdirib. Hazırda “Napoli” klubunun afrikalı yarımmüdafiəçi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər qüvvədə olacaq.

“The Athletic” nəşri: “Real Madrid” qərar verdi ki, bu yay uyğun bir təklif gəlsə, Rodriqonun gedişinə mane olmayacaq, baxmayaraq ki, klub rəsmi olaraq onu saxlamaqda israrlıdır. Bu mərhələdə Rodriqonun ayrılmaq qərarına gəlib-gəlmədiyi bəlli deyil, lakin onun kimi səviyyəli futbolçu ehtiyat oyunçular skamyasında otura bilmədiyi üçün vəziyyət uzunmüddətli perspektivdə dözülməzdir.

Rəsmiləşmiş transfer xəbərləri:

Temmi Abraham "Roma"dan "Beşiktaş"a icarəyə keçib. Futbolçu 2026-cı ilin yayına qədər “Beşiktaş”da olacaq. İstanbul təmsilçisi onu almaq istəsə, 13 milyon avrodan keçməli olacaq. Hələlik komanda İtaliya klubuna 2 milyon avro ödəyib.

23 yaşlı yarımmüdafiəçi Samuele Ricci “Torino”dan “Milan”a keçib. Transfer məbləği 23 milyon avro təşkil edib. Müqavilə 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

Rafa Marin gələn mövsümü “Vilyarreal”da keçirəcək. İspaniya klubu “Napoli”nin müdafiəçisini 2025/2026-cı illər mövsümünün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. Şərtlərə futbolçunu birdəfəlik almaq imkanı da daxildir.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 558 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 558 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 558 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 558 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 558 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 558 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 558 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 558 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 558 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 558 baxış
Seçilmişlər
icon