Pleyeri seçin:

Güləşçimiz Mariya Stadnik Olimpiadaya lisenziya əldə etdi

12 may 2024 990 baxış

Ölkəmizin titullu güləşçilərindən Mariya Stadnik Paris-2024-ə lisenziya qazanıb.

O bu uğura Türkiyədə keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub. ƏMübarizəyə 1/8 final mərhələsindən start verən Mariya ardıcıl olaraq Çin Taypeyi və Belarus nümayəndələrinə qalib gələrək yarımfinala adlayıb. İdmançımız burada koreyalı Son Kimə məğlub olsa da, lisenziya uğrunda mübarizəni davam etdirib.

Növbəti görüşündə bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə qalib gələn güləşçimiz lisenziya uğrunda qarşılaşmada italiyalı Emmanuela Liuççini məğlub edərək Yay Olimpiya Oyunlarına qatılmaq hüququ qazanıb.

Qeyd edək ki, Mariya Stadnik karyerasında 5-ci dəfə olimpiadada iştirak edəcək. 35 yaşlı güləşçi daha əvvəl London-2012 və Rio-2016-da gümüş, Pekin-2008 və Tokio-2020-də isə bürünc medala yiyələnib.

Xatırladaq ki, M.Stadnik həm də ikiqat dünya və 10 qat Avropa çempionudur. Bundan başqa, o, Bakı-2015 və Minsk-2019 Avropa Oyunlarında, eləcə də Bakı-2017 və Konya-2021 İslam Həmrəyliyi Oyunlarında çempion olub.

Banner
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 990 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 990 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 990 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 990 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 990 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 990 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 990 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 990 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 990 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 990 baxış
Seçilmişlər
icon