Pleyeri seçin:

İspaniyada çempionluq uğrunda vacib görüşlər olub

04 yanvar 2024 564 baxış

La liqada çempionluq mübarizəsində olan komandalar növbəti oyunlarını keçiriblər.

Gecənin ən maraqlı matçı “Jirona” və “Atletiko” arasında olub. 7 qolun qeydə alındığı görüşdə hesabı artıq 2-ci dəqiqədə “Jirona”nın üzvü Valeri açsa da, qonaqlar Moratanın qolu ilə tezliklə tarazlığı bərpa ediblər. 1-1.

Fasiləyədək daha 3 qol vurulub. Meydan sahiblərindən Savio və Deyli Blind, “Atletiko”dan isə yenə Morata qapını dəqiq nişan alıb. İlk hissə “Jirona”nın 3-2 hesablı üstünlüyü ilə yekunlaşıb.

54-cü dəqiqədə Morata het-trikini rəsmiləşdirərək hesabı 3-3 etsə də, “Jirona” qələbə topunu vurmağa müvəffəq olub. İvan Martin əsas vaxta artırılan dəqiqələrdə matçda son nöqtəni qoyub. “Jirona” – “Atletiko”: 4-3.

Titulu hədəfləyən daha bir komanda Madrid “Real”ı da azarkeşlərini sevindirib. “Malyorka”nı qəbul edən “los blankos” gərgin keçən oyunda 1-0 hesabı ilə qalib gəlib.

“Kral klubu”nun qələbə qolunu isə 78-ci dəqiqədə Antonio Rüdiger vurub. Bu nəticədən sonra xallarının sayını 48-ə çatdıran “Real” hazırda “Jirona” ilə 1-ci, 2-ci yerləri bölüşdürür.

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 564 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 564 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 564 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 564 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 564 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 564 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 564 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 564 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 564 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 564 baxış
Seçilmişlər
icon