Kür çayında böyük üzgüçülük yarışı keçirilir | İştirakçıların sayı rekord həddə çatıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışına start verilib.
"Kürü keçək?!" son illərdə Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilib.
"Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfə keçirilir. 2022-ci ildən etibarən keçirilən tədbirə maraq ildən-ilə artaraq bu il rekord həddə çatıb. Yarışın ən gənc iştirakçısı 12, ən yaşlı iştirakçısı isə 79 yaşındadır.
Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunur – 350 metr və 1000 metr. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparır.
Hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.
#Mingəçevir teqi istifadə olunub
- Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV
- Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI
- “Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV
- Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
