Millimiz ardıcıl 2-ci matçda böyük hesabla uduzdu
Yeniliklərdən dərhal xəbərdar olun
Millimiz AVRO-2024-ün seçmə mərhələsində 2-ci görüşünü keçirib.
Komandamız Stokholm şəhərində İsveç yığmasının qonağı olub. “Friends Arena” stadionunda baş tutan matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
İlk yarı Forsberqin topu sayəsində skandinaviyalıların minimal üstünlüyü ilə başa çatıb. 65-ci dəqiqədə yığmamızın heyətində Bəhlul Mustafazadə avtoqol müəllifi olub. 79-cu dəqiqədə Viktor Dyökereş fərqi 3 topa çatdırıb. 88-ci dəqiqədə Yesper Karlsson komandamızı 4-cü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. 1 dəqiqə sonra isə Entoni Elanqa qarşılaşmada son nöqtəni qoyub. İsveç - Azərbaycan: 5-0.
Beləliklə, yığmamız seçmə mərhələnin ardıcıl 2-ci matçında böyük hesabla uduzub. F qrupunda yer alan millimiz daha əvvəl Avstriya səfərində 1-4 hesabı ilə məğlub olmuşdu.
#İsveç teqi istifadə olunub
- Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Hökumətin yaradılması istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb
- İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI
- Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı
