Hökumətin yaradılması istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb
İsveçdə Sosial Demokratlar Partiyasının lideri Maqdalena Andersson hökumət formalaşdırmaq üçün kifayət qədər dəstək toplaya bilmədiyini açıqlayıb.
Andersson qeyd edib ki, hazırkı parlament tərkibində hökumət qurmaq üçün lazımi dəstəyi əldə etmək mümkün olmayıb. Bu açıqlama ölkədə seçkidən sonra yaranan siyasi qeyri-müəyyənliyi daha da artırıb.
Sentyabrın 13-də keçirilən parlament seçkilərində mərkəz-sol blok 176, sağ mərkəzçi blok isə 173 mandat əldə edib. Lakin mərkəz-sol qüvvələr hökumətin formalaşdırılması üçün zəruri siyasi razılaşmanı təmin edə bilməyib.
İsveç parlamentinin spikeri Andreas Norlen yaxın günlərdə partiya liderləri ilə görüşərək hökumətin formalaşdırılması prosesinin növbəti mərhələsini müəyyənləşdirəcək. Hazırkı Baş nazir Ulf Kristerssonun yenidən hökumət qurmaq üçün namizəd kimi irəli sürülməsi gözlənilir.
İsveç qanunvericiliyinə əsasən, parlamentdə hökumət formalaşdırmaq üçün irəli sürülən namizədlərin hamısının rədd edilməsi növbədənkənar seçki ehtimalını gündəmə gətirə bilər.
#İsveç teqi istifadə olunub
- İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI
- Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı
- İsveçdə zəhər əleyhinə dərman vasitələrinin çatışmazlığı yaşanır
- İsveç sərhəddə yeni hərbi qrup yerləşdirib
- Kiyevin yardımına bu dəfə İsveç gəlir | Ukrayna fərqli müdafiə modelinə keçir - Baku TV
