Pleyeri seçin:
Mingəçevirdəki yarışa qatılan jurnalist Ayaz Mirzəyevdən Baku TV-yə açıqlama - Baku TV
Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçirilir.
Yarışın keçirildiyi beş il ərzində ilk dəfə olaraq media nümayəndəsi də bu tədbirə qatılıb. Həmin şəxs jurnalist Ayaz Mirzəyevdir.
O, təəssüratlarını Baku TV ilə bölüşüb.
"Çox gözəl tədbirdir, sağlam həyat tərzini və idmanla məşğul olmağı təbliğ edir. Mən ilk dəfədir ki, bu yarışa qoşuluram. Dostlarımın bir çoxu artıq 1000 metrlik məsafəni üzmüşdülər. Mən isə 350-400 metrlik məsafəni qət etdim. Su çox soyuq idi. Amma ilk təcrübəm olmasına baxmayaraq, məsafəni uğurla başa vura bildim", – deyə Ayaz Mirzəyev bildirib.
Kopyalandı
#Mingəçevir teqi istifadə olunub
- "Borc yazılıb, mən kanalizasiya işlədirəm?!" | Boğaza yığılan sakinlər şikayət etdi - Baku TV
- Keçmiş məcburi köçkünlərin yaşadığı binada qorxulu anlar | Mingəçevir - Baku TV
- "Dəmirləri çöldədir, yağış suyu evdə" | Sakinlərin dərdinə niyə çarə qılan yoxdur? - Baku TV
- Bu ərazidə sakinləri hər an itlər parçalaya bilər! - Baku TV CANLI
- "Çölə çıxa bilmirik!" | Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır - Baku TV
