Pleyeri seçin:
“Neftçi” klubu bu futbolçu ilə yolları ayırıb
“Neftçi” klubu Lukas Melano ilə yollarını ayırıb.
Paytaxt təmsilçisindən verilən rəsmi məlumata görə, oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Argentinalı hücumçuya təşəkkür edən “ağ-qaralar” ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Lukas ötən ilin sentyabrından “Neftçi”nin üzvü idi. Komandaya azad agent kimi cəlb olunan 31 yaşlı forvard bütün yarışlarda 12 matçda iştirak etsə də, qol vura bilməyib.
Kopyalandı
#Neftçi FK teqi istifadə olunub
- "Neftçi"nin futbolçusunun bu qolu dünya trendinə çevrildi | Yeni idman xəbərləri - Baku TV
- Varqasın qolu sosial şəbəkələrdə rekord qırdı | Yeni idman xəbərləri
- "Neftçi" geridönüş edə biləcək? | "İdmanda nə baş verir?"də qarşıdakı vacib matç müzakirə olundu
- "Neftçi"dən matçdakı qərəzli yanaşma ilə bağlı bəyanat | Yeni idman xəbərləri - Baku TV
- Bu barədə qərar AFFA-nın iclasında qəbul olunub - Baku TV
