“Prezident Kuboku - 2023” beynəlxalq reqatası start götürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Suqovuşanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku - 2023” beynəlxalq reqatasına start verilib.
Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, federasiya rəsmiləri, habelə idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər reqatanın ulu öndərin 100 illik yubileyinə həsr olunmasının xüsusi önəm daşıdığını vurğulayıblar. Bildirilib ki, artıq 3-cü dəfə təşkil olunan beynəlxalq turnirdə iştirakçı ölkələrin sayı ildən-ilə daha da artır. Açılış mərasimi başa çatdıqdan sonra yarışda mübarizəyə start verilib.
Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatanın növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.
#Suqovuşan teqi istifadə olunub
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
- Talış, Arakəsər, Suqovuşan - bir əməliyyatın xronikası - QARABAĞ XRONİKASI
- Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV
- Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV
- Ağdərədə partlayış: Kənd sakini minaya düşdü - Baku TV
