Pleyeri seçin:
PSJ azarkeşləri bu səbəbdən Mbappeni günahlandırdı
Çempionlar liqasının yarımfinalında Dortmund “Borussiya”sına məğlubiyyət PSJ azarkeşlərini qəzəbləndirib.
Bu cütün favoriti kimi göstərilən parislilərin yarışla vidalaşmasından sonra fanatlar rəhbərliyi istefaya səsləyiblər.
Bundan başqa, onlar komandanın lideri Kilian Mbappeni tənqid atəşinə tutublar. Azarkeşlər “Real Madrid”ə keçidi gündəmdə olan forvardı hər iki matçda zəif oynamaqda ittiham ediblər. Fanatların sərt reaksiyasından sonra Mbappe üzr istəməyə məcbur olub.
Qeyd edək ki, PSJ və “Borussiya” arasında Almaniyada keçirilən görüş Niklas Fülkruqun qolu sayəsində dortmunduların qələbəsi ilə bitib. Fransadakı cavab matçında isə Mats Hummelsin dəqiq zərbəsi “sarı-qaralar”a 1-0 hesablı qalibiyyət gətirib.
Kopyalandı
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- "Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün neçə bilet satıldı? - Baku TV
- UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu
- Zirənin baş məşqçisi Çempionlar Liqasına hazırlıqdan danışdı - Baku TV
- Çempionlar Liqasında ikinci oyun gününün matçları keçirildi
- "Sabah" hansı hücumçunu heyətinə qatdı? - Yeni idman xəbərləri - Baku TV
