“Qarabağ” klubu fanatlarına görə cərimə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” klubu Azərbaycan Kubokunda “Neftçi” ilə görüşdə azarkeşlərin kütləvi şəkildə rəqib futbolçuları təhqir etməsi ilə əlaqədar cərimə olunub.
Bununla bağlı qərar İntizam Komitəsinin iclasında qəbul edilib. Qərara əsasən, Ağdam təmsilçisi 1000 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, “Neftçi” ilə oyun zamanı “Qarabağ”ın fanatları komandanın sabiq üzvü, hazırda “ağ-qaralar”ın şərəfini qoruyan Qara Qarayevi təhqir ediblər.
Qeyd edək ki, insidentin baş verdiyi matç “köhlən atlar”ın 4-0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında yarımfinal mərhələsinin cavab matçı isə aprelin 24-də keçiriləcək. Əlavə edək ki, bu cütün qalibi finalda “Zirə” və “Qəbələ” klubları arasında mübarizədə güclü olan tərəflə qarşılaşacaq.
#Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) teqi istifadə olunub
- AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV
- UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu
- AFFA prezidenti "Sabah"ı təbrik edib - Baku TV
- AFFA İntizam Komitəsi Riad Rəfiyev və Saşa İliçi sərt cəzalandırdı | Yeni idman xəbərləri - Baku TV
- AFFA İntizam Komitəsindən sərt qərarlar | Yeni idman xəbərləri - Baku TV
