"Benfika" üzərində qələbə ilə növbəti dəfə tarix yazıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan futbolunun növbəti möhtəşəm uğuru! UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda "Qarabağ" səfərdə Portuqaliyanın "Benfika" klubunu məğlub edərək böyük sensasiyaya imza atıb. Lissabonun "Eştadiu da Luş" stadionunda keçirilən görüşdə meydan sahibləri erkən qollarla 2:0 önə keçsələr də, Qurban Qurbanovun yetirmələri əsl iradə nümayiş etdiriblər. Baku TV-nin təqdim etdiyi süjetdə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşukun qolları ilə qazanılan 3:2 hesablı qələbənin analizi, lissabonlu azarkeşlərin şoku və "köhlən atlar"ın Avropanı heyran qoyan oyunu yer alıb. Bu qələbə ilə "Qarabağ" turnirin əsas mərhələsində ilk 3 xalını aktivinə yazdıraraq Azərbaycan futbol tarixində yeni səhifə açıb. Oyunun ən maraqlı anları və matçdan sonrakı eksklüziv görüntülər Baku TV-də.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
