Pleyeri seçin:
"Liverpul" Dioqu Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə 20 nömrəli formanı dövriyyədən çıxarıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Liverpul” futbol klubu Dioqu Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə 20 nömrəli formanı dövriyyədən çıxarıb.
Bu barədə mersisaydlıların saytında yer alan məlumatda deyilir.
Qeyd edəki ki, iyulun 3-də yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən portuqaliyalı futbolçu “Liverpul”da 20 nömrəli formanı geyinirdi. “20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatında son qol oldu”, ‒ bəyanatda qeyd edilib.
Kopyalandı
