"Neftçi"nin üzvü: "Qarabağ"ın "Hekken"lə oyunda qələbə qazanmasını istəyirəm
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”la qarşıdakı oyunun həm klub, həm də azarkeşlərimiz üçün əhəmiyyətli olduğunu bilirəm. Hər kəs belə komandaya qarşı mübarizə aparmaq istəyir”.
Bunu “Neftçi”nin futbolçusu Yuri Matias mətbuat konfransında deyib.
“Rəqibimiz güclüdür. Amma biz də “Neftçi"yik, heç kimdən çəkinmirik. Yaxşı oyun göstərərək, qələbə qazanmağa çalışacağıq. Müdafiəçi olaraq hər matçda qol vurmağa söz vermək çətindir. Amma “Qarabağ”la oyunda qələbə üçün əlimdən gələni edəcəyimi deyə bilərəm.
“Qarabağ”ın bu gün “Hekken”lə matça çıxacağını bilirəm. Onların qələbə qazanmasını istəyirəm. Çünki “Qarabağ”ın qalibiyyəti bütün ölkə üçün önəmlidir. Yaxşı heyətə malik güclü komandadır, onlar üçün rəqibin kim olmasının fərqi yoxdur”, – deyə o əlavə edib.
#Futbol xəbərləri teqi istifadə olunub
- Toral Bayramov karyerasını Polşada davam etdirə bilər
- "Sabah" klubunun düşdüyü "qara zolağ"ın səbəbi nədir?
- Azərbaycan çempionu "Sabah" 5 oyundur qələbə qazana bilmir | "Baku TV" səbəbləri araşdırdı - Baku TV
- Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV
- Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri
