Pleyeri seçin:

“The Best” mükafatının təqdimetmə mərasimi keçirilib

18 dekabr 2024 371 baxış

FIFA 2024-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Ali futbol qurumunun təsis etdiyi “The Best” mükafatı Braziliya millisinin və “Real Madrid”in üzvü Vinisius Juniora təqdim olunub.

Yığmaların baş məşqçiləri və kapitanları, eləcə də jurnalistlər və azarkeşlər arasında səsvermənin nəticəsinə əsasən Vini 48 xal toplayıb. 24 yaşlı braziliyalı vinger ən yaxın izləyicisi, “Qızıl top”un son qalibi Rodrini 5 xal qabaqlayıb. İlk 3-lüyü “kral klubu”nun daha bir üzvü Cud Bellingem qapayıb.

FIFA həm də 2024-cü ilin ən yaxşı qapıçısının adını açıqlayıb. Bu nominasiyada Argentina millisinin və “Aston Villa”nın qolkiperi Emiliano Martines qalib gəlib. Ən yaxşı baş məşqçi adına ötən mövsüm “Real”la La Liqa və Çempionlar liqasını qazanan Karlo Ançelotti layiq görülüb.

Bundan başqa, geridə qalmaqda olan ilin rəmzi 11-liyi təqdim olunub. Rəmzi komandanın qapısını Emiliano Martines qoruyur. Müdafiədə “Real”dan Dani Karvaxal və Antonio Rüdiger, “Mançester Siti”dən Ruben Diaş, eləcə də “Arsenal”dan Vilyam Saliba mövqe tutublar.

Yarımmüdafiədə Cud Bellingem, Rodri, habelə bu yay karyerasını bitirən Toni Kroosa yer verilib. Hücum xəttində İspaniya yığmasının və “Barselona”nın gənc ulduzu Lamin Yamal, “Mançester Siti”nin üzvü Erlinq Holand, eləcə də Vinisius Junior qərarlaşıb.

Tədbirin davamında ən yaxşı qadın futbolçu və məşqçinin adları da məlum olub. Bu nominasiyalarda 1-ci yeri müvafiq olaraq “Barselona”nın üzvü Aytana Bonmati və ABŞ millisinin çalışdırıcısı Emma Heyz tutublar. 

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 371 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 371 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 371 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 371 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 371 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 371 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 371 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 371 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 371 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 371 baxış
Seçilmişlər
icon