Türkiyə millisinin sabiq futbolçusu Arda Turana həbs cəzası verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə millisinin sabiq futbolçusu Arda Turanla bağlı İspaniyada həbs qərarı verilib. Bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb.
Səbəb isə Ardanın bu ölkədə çıxış etdiyi illərdə şəxsi gəlir vergisindən yayınması olub.
Veteran futbolçu məhkəmənin qərarına əsasən, vergi cinayətlərinə görə şərti olmaqla 1 il həbs cəzası alıb. Eyni zamanda o, 630 min avro məbləğində cərimə olunub. Lakin Arda 2 ildən az cəza aldığı üçün sadəcə pul cəriməsi ödəməli olacaq. Sabiq futbolçu özü də vergidən yayındığını etiraf edərək qərarla razılaşıb.
Qeyd edək ki, hazırda “Eyüpspor”un baş məşqçisi olan Arda Turan İspaniyanın “Atletiko Madrid” və “Barselona” klublarında forma geyinib. Sözügedən kollektivlərlə ölkə çempionu olan Arda Madrid “Atletiko”su ilə Avropa liqası və UEFA super kubokunda da qalib gəlib.
#Arda Turan teqi istifadə olunub
- Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV
- Arda Turanın namizədliyi Türkiyə futbolunda yeni gözləntilər yaradıb - Baku TV
- Azərbaycanlı futbolçu niyə Rusiya millisini seçdiyini açıqladı | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ”ın bu oyunçusu üçün...” | Arda Turan klubu üçün planını açıqladı
- Arda Turan İspaniya mediasına maraqlı açıqlama verib
