2,1 milyon ton neft ixraca nəql olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Hesabat dövründə 2,1 milyon ton neft ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşür.
Energetika Nazirliyindən verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 fevral 2023-cü il tarixinədək 609,1 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.
Hesabat dövründə AÇG-dən 568,5 milyon ton neft, “Şahdəniz”dən isə 40,6 mln. ton kondensat çıxarılıb. “Bundan 1 fevral 2023-cü il tarixinədək 607 mln. tondan çoxu ixraca nəql edilib”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, 2023-cü ilin yanvar ayında ölkədə 2,7 mln. ton neft hasil edilib ki, bunun da respublika üzrə 1,6 mln. tonu AÇG-nin, 0,4 mln. tonu “Şahdəniz”in payına düşüb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın STAR neft emalı zavodu sentyabrda nafta istehsalını nə qədər artırıb? - Baku TV
- SOCAR və BP-nin təşkilatçılığı ilə məlumatlandırma sessiyası keçirilib - Baku TV
- SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV
- SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
