Azərbaycan dünyanın 19 ölkəsinə neft ixrac edib
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan dünyanın 19 ölkəsinə 9 milyard 445 milyon ABŞ dolları dəyərində 15 milyon 540 min tondan çox xam neft ixrac edib.
Ən çox neft İtaliyaya göndərilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ölkəyə dəyəri 3 milyard 775 milyon ABŞ dollarına yaxın 6 milyon tondan çox neft ixrac edilib.
İkinci yerdə İsrail gəlir. 7 ayda bu ölkəyə Azərbaycandan 822 milyon 483 min dollar dəyərində 1 milyon 354 tondan çox neft ixrac olunub.
Azərbaycanın neft ixracında üçüncü yerdə Hindistan qərarlaşıb. Yanvar-iyul aylarında bu ölkəyə 666 milyon 500 min dollar dəyərində 1 milyon 122 min tondan artıq neft ixrac edilib.
Hesabat dövründə neft ixracının 55 faizinə yaxın hissəsi bu üç ölkənin payına düşüb. İxracın 39 faizi İtaliyaya reallaşdırılıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
