Azərbaycan-İsrail Biznes Forumu keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Azərbaycanla İsrail arasında Birgə Komissiyanın 3-cü iclası keçirilib. İclasda çıxış edən iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov dostluq və qarşılıqlı etimada əsaslanan Azərbaycan-İsrail əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafını vurğulayıb.
Bildirilib ki, Azərbaycan və İsrail arasında ticarət dövriyyəsində qeyri-neft məhsullarının payı yüksəlir. İqtisadiyyat naziri qeyd edib ki, investisiya, innovasiyalar, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var və bu potensialın reallaşdırılması üçün özəl sektor fəallığını artırmalıdır.
Bu kontekstdə biznes dairələri arasında keçirilən işgüzar tədbirlər dialoqun genişlənməsinə əlavə imkanlar yaradır. Azərbaycan İsraillə müasir texnologiyaların transferi sahəsində əməkdaşlıqda maraqlıdır və aidiyyəti qurumlar arasında tərəfdaşlıq birgə təşəbbüslərin reallaşdırılmasına töhfə verə bilər.
Azərbaycan-İsrail Birgə Komissiyasının 3-cü iclasında İsraillə investisiya, innovasiyalar, ekologiya, informasiya, su, enerji, kənd təsərrüfatı, qida texnologiyaları sənayesi, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
