Pleyeri seçin:

Azərbaycan qazına böyük tələbat var | Prezident “8 Noyabr” Elektrik Stansiyasının önəmini vurğuladı

24 iyun 2025 533 baxış

“Hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var”.

Bunu Prezident İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edərkən deyib.

“Biz daxildə təbii qaza nə qədər qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq”, – Prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək, enerji sisteminin səmərəliliyi artırılacaq, potensial, generasiya gücü artacaq, eyni zamanda şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, təbii qaza qənaət etmək üçün imkan yaradacaq:

“Beləliklə, şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini eyni zamanda bərpaolunan layihələrdə görürük və görəcəyik”.

Prezident bildirib ki, Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır:

“İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcək və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, hər kəs başa düşə bilər. Eyni zamanda bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq.

Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq”.

Banner
Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

Kredit götürərkən hansı risklərə hazır olmalısınız? - Baku TV CANLI

İqtisadiyyat
28 oktyabr 2026 533 baxış
SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 533 baxış
İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İslam maliyyəsində nisyə satış və razılaşdırılmış mənfəətlə bağlı bu sistem necə işləyir? - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 533 baxış
SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

SOCAR-ın ESG reytinqi "3" səviyyəsində saxlanıldı, qiymətləndirmə balı yüksəldildi - Baku TV

İqtisadiyyat
28 oktyabr 2026 533 baxış
Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 533 baxış
SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

SOCAR-ın Türkiyədəki zavodunda istehsal artıb - Baku TV

İqtisadiyyat
27 oktyabr 2026 533 baxış
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 533 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 533 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 533 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 533 baxış
Seçilmişlər
icon