Azərbaycan tərəfdaşlığını genişləndirmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya-Ukrayna müharibəsi ilə dünya iqtisadiyyatında baş verənlər – investisiya, nəqliyyat, tranzit sahəsindəki dəyişikliklər dünya iqtisadiyyatında oturuşmuş xəritənin dəyişməsinə səbəb olub”.
Bunu iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatının təqdimatında, “Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri” adlı panel müzakirələrdə bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizlə bağlı ölkəyə qlobal investorların marağı müşahidə edilir.
“Bu kontekstdə Azərbaycan və region iqtisadi fürsətlər mənbəyi olan yeni imkanla üzləşib. Bu imkanın reallaşdırılması üçün hökumət böyük işlər həyata keçirir. Orta Dəhliz yeni ixrac bazarlarına çıxış, bizim üçün qeyri-neft məhsullarının ixrac bazarlarının diversifikasiyası deməkdir”, – deyə nazirlik rəsmisi qeyd edib.
#Orta Dəhliz teqi istifadə olunub
- Azərbaycan məlumat tranzitində yeni mərkəz olacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?
- Orta Dəhliz uğrunda böyük oyun: 12 milyard avro nə üçündür? - AKTUAL GÜNDƏM
- Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM
